Рубрики
Психология

Müəllimə hörmətsizlik

Narxozda oxuyanda Ali riyaziyyat fənni üzrə Musa müəllim var idi. Kənarda biznesi olduğu üçün rüşvət almırdı, oxumağa məcbur edirdi. Amma həmişə potokda bir iki göt-baş atan tələbələ olurdu, onları da imrhanda cəzalandırıb, 10 qat pul alırdı. Hətta 90-cı illərdə bütün Univer dərsə girməkdən imtina edəndə, ancaq onun potoku quzu kimi oturub, mühazirəni dinləyirdi. Çünki, Musa müəllim daxilən güclü olan adam idi, bununla yanaşı çox xoş danışıqlı, gülərüz, amma tələbkar. Heç vaxt qışqırmaz, kimisə təhqir etməzdi. 

Məktəbdə baş verən yeni hadisəyə psixologiya tərəfindən yaxınlaşsaq, belə nəticə çıxarmaq olar: Müəllimənin daxili özgüvəni zəif olduğuna görə şagirdlər ona hörmət eləmir, ona görə də özlərini bu şəkildə aparırlar. 

Şagirdlərin özlərini tərbiyəli aparması üçün gərək müəllimə hörmət olsun. Bu isə çox faktorlardan yaranır. Bu məsələdə ailə və valideyn tərbiyəsinin rolu azdır.

Daxili güc insanın ətrafında yaranan elektromaqnit sahə kimi bir şeydir, digərləri o sahəyə girəndə öz yerini və hərəkətini bilir.