Рубрики
Вспомнить все Психология

Daxili Səs

Bu gün metro ilə getmək istəyirdim, sonra baxdım ki, üstümdə nə pul var, nə kart, ancaq telefon. Evə qayıtdım və taksi çağırdım.

Gəncliyimdən 1 hadisə yadıma düşdü. Bir dəfə mərkəzdən evə gedəndə, çox yorulmuşdum. 28 May stansiyasına gedirdim ki, 20 yanvara, ordan da evə 10 dəq piyada çataram. Daxili səsim dedi ki, ee Ram, yorulmusan, otur taksiyə get. Mən də elə elədim, o vaxt hərdən sözə baxan olurdum.

20 yanvara çatanda gördüm ki, oradan tüstü çıxır, dedilər qatarda terroristlər partlayış ediblər. O onda anladım ki, daxili səsim deməsəydi, mən də təqribi həmin qatarda ola bilərdim.

Daxili səs insanın ən yaxşı məsləhətçisidir. Amma, bunu bizə nə valideynlərimiz deyir, nə məktəb öyrədir. Ona görə həyatda çox səhvlər edirik.

#çoxbilmiş