Рубрики
Мода

Hugo Boss, keçmişə nəzər

Uşaqlıqda “Baharın 17 anı” filminə baxanda Ştirliçin formasına həsəd aparırdıq, xüsusilə dəri plaşına. Bəlkə elə ona görə 80-ci illərdə dəri plaşlar SSRİ-də dəbə minmişdi və hər modnı oğlanın qarderobunda var idi.

Baharın 17 anı filmindən kadr

HUGO BOSS dünyanın məhşur alman fəşn markalarındandır və ən böyük istehsalçılardan biridir. Mən də uzun illər bu marka ilə həm əməkdaşlıq etmişəm, həm də müştərisi olmuşam. 

2000-ci illərdə şirkəti Nasistlərlə əməkdaşlıqda, əsirlərin əməyindən istifadə edərək Vermaxt və 3-cü Reyx üçün uniforma tikməkdə, hətta Hugo Ferdinand Bossun Adolf Hitlerin şəxsi modelyeri olmasınında günahlandırırdılar. Bu faktları araşdıramq üçün şirkət alman tarixçisi Roman Kesteri bu faktları yoxlamaq üçün maliyələşdirir. 

Araşdıramalar göstəriri ki, Hugo Boss ailəsindən qalan fabrikanın 30-cı illərin əvvəlində müflis olması ilə əlaqədar NSDP-yə aktiv üzv olur. Bunun müqabilində hərbi uniformanın tikilməsinə böyük sifariş alır və həm müflislikdən xilas olur, həm də böyük gəlir əldə edir. Hugo öz xatirələrində yazır ki, o zaman Nasisеtlərin iqtisadiyyatı böhrandan qurtarmaq planına inanırdı və dəstəkləyirdi. Ortaya çıxan faktlar göstərdi ki, onun Hitlerlə heç bir şəxsi əlaqəsi olmasa da, sifarişlər alıb, həm də Polşa və Fransa əsirlərini fabrikalarında işlədib. 

“Atasının” günahını yumaq üçün şirkət gəlirindən müharibə zamanı zərər çəkənlərin fonduna böyük miqdarlı ödənişlər edir. 

Hugonu post faktum hamı günahlandıra bilər, amma hər bir insan özünü və biznesinin qurtarmaq üçün hər bir addım atmağa hazırdır. Müharibədən sonra onu məhkəmə 100 min alman markası cərimə edərək, şirkəti idarə etmək hüququndan məhrum etmişdi.

Nasistlərin dövründə onlarla bütün sənaye əməkdaşlıq edirdi. Məsələn, BMW onlar üçün motosikl və avia mühərriklər istehsal edib. Ona görə də Sovet Ordusu onların bütün avadanlığını müsadirə edərək, SSRİ-yə gətirib və Ural adı altında BMW motosiklərinin kopiyasını istehsalını yaradıb. 

Tarixi faktlar çox acı olur. Kənardan kimisə səhvinə görə mühakimə etmək asandır, amma onların yerində olanda necə davrancağına heç kim cavabdeh ola bilməz. Xotya, facebook postunda ola bilər, çünki burada hamı qəhrəman, səmimi, düz-doğru və bomba oğlan/qızdır. #gülbaşımıza

Tarixdə, 3-cu Reyxin uniformaları ən dəbli hesab olunur. Onun dizayneri Karl Dibiç olub.