Alındığı ölkədən asılı olmayaraq Apple mallarına zəmanət bütün dünya üzrə verilir. Çox adamın bilmədiyi məlumat isə odur ki, qarantiya müddəti alış taixindən deyil, aktivasiya və internetdə ilk qeydiyyatdan başlayır. Yəni alış zamanı verilmiş zəmanət sənədi ilə hesablanmır.
Məsələn, Arif sevgilisi Leylanın ad gününə öncədən iPhone 13 Pro Max Super Puper Mega modelini hər hansı bir mağazadan alır. Onu gizli saxlayıb 1 aydan sonra ona hədiyyə edir. Lakin Leyla hələ bilmir ki, Arifə gedədcək ya yox, ona görə telefon qutusunu açmır və qərar verənə kimi bağlı saxlayır. 1 aydan sonra qərar verib, qutunu açır, telefonu işə salır və aktivləşdirir. Deməli Apple zəmanəti alış tarixindən deyil, 2 ay sonra aktivasiyadan başlayır. Bu 1-2 il sonra olsa, yenə də aktivləşmə anından başlayır və 1 il müddətində aktual olur.
Ona görə mağaza və servislərdə zəmanət məktubuna aldanmayın. Zəmanət müddətini Apple saytında Support hissəsində yoxlamaq olar.
Kimsə sizə desə ki, malı Azərbaycandan kənarda almısan, ona görə zəmanət yoxdur, deməli ya xəbəri yoxdur, ya aldadır. Lap Papua Yeni Qvineyada aldanda, dünyada və Azərbaycanda zəmanəti var. Zəmanət pulsuzdur, bütün xərclər Apple şirkətinə aiddir.
#ataməsləhəti #apple #warranty