Рубрики
Вспомнить все

Müəllim zorakılığı

Məktəbin aşağı sinifində oxuyanda direktorumuz mənə elə bir sillə vurmuşdu ki, daxili qulağım zədə aldı. İndiyənədək sol tərəf pis eşidir. Səbəbi də dəhlizdən keçəndə mən niyə farağat durmamışdım, divara söykənmişdim. Ömrü boyu əziyyət çəkirəm, hamıya tərs baxıram ki, sağ tərəfdən qulaq asım.

Uşaqlara nə valideynlərin, nə də müəllimlərin zorakılıq tətbiq etmək haqqı yoxdur. Hər ikisinə cinayət işi açılmalıdır və cəzalandırılmalıdır ki, başqalarına dərs olsun. #gülbaşımıza