Рубрики
Вспомнить все

Borclu borclunun…

2 həftəyə «rəhmətə getməyimin» 9 ilini qeyd edəcəyəm. Halva-malva olmayacaq, zato yaxşı viski olacaq. Xatirələr isə analitikaya çevrilir.

Bir tanışıma xaricdəki biznes partnyorlarımla kontrakt etmişdim ki, mal satsın. O da eşidən də ki, mən qəzaya düşmüşəm, zəng edib demişdi ki, guya komadayam və sağ çıxmağıma şans çox azdır. Bununla da şirkətə planlaşdırılmış malların göndərilməsi dayandırılmışdı. Bu səbəbdən də şirkətdə sonra çox ciddi böhran yarandı. Həm demişdi ki, gedirəm kilinkaya baş çəkməyə, amma gəlməmişdi.

Digər birisinə 2 obyektimdə təmir işləri vermişdim. O da reanimasiyada olanda, mənə mesaj yazmışdı ki, ödənişdən 2 min qalıb, onu ödə. Düşünüb ki, ölüb eliyərəm, pul batar, mən isə hallalıx etməmiş gedərəm. Mən də onu müavinimə forvard elədim ki, ödəsin. Ödənildi də.

Başqa hadisələr də oldu… Hamımız həyatda yaxşı adam olmaq istəyirik, amma bəzən bu istək çox da yaxşı nəticə vermir.

Odur ki, realist olmaq lazımdır, siz ölsəniz yalnız sizə ağlayan ailəniz olacaq, başqaları gəlib halva, plov yeyib, gedəcək öz həyatını yaşamağa. Dərd çəkən isə ancaq borclu olduğunuz adamlar olacaq.

Dünən, bir status oxudum ki, Vladimir Vysotskinin ölümündən sonra, dostu maşınını satıb borclarını verəndə, hamı pulu götürüb, Tseretelidən başqa. Biri isə deyib ki, 5 mindən başqa 700 rubl borcu da var idi, onu da ver.

#gülbaşımıza