Рубрики
Психология

Bəxtin yoxdur?

Azərbaycanlılardan ən çox eşitdiyim söz: “Mənim bəxtim yoxdu!”, “Elə mənə gələndə yoxa çıxır” və buna bənzər fikirlər.

Bunu deyəndə nə baş verir? Heç nə alınmır. Niyə? Çünki, adam bu mantranı (afirmasiya kimi işləyir) dəfələrlə təkrar edərək, şüuraltında uğursuz olacağını proqramlaşdırır. Olur da! Sonunda da hər şeyi və hər kəsi öz problemlərində günahlandırır, özündən başqa. Yəni, qurban olmaq istəyir ki, hamının ona yazığı gəlsin. 

Hər dəfə bu sözləri eşidəndə həmi adamın üzünə deyirəm, amma deməklə beyindən çıxmayacaq, ciddi psixoterpevtik seans lazımdır. 

Bizim dediyimiz bütün sözlər və düşüncələr həyatımıza təsir edir. Odur ki, sözü deməmişdən öncə düşünün. Özünüz haqqında isə deyin ki, “Mənim çox yaxşı bəxtim var, istədiyimə nail oluram. Mən hər şey bacarıram, hər şey edə bilərəm. Bütün arzularıma yetəcəyəm. Mən şistlivçikəm.”

Bir məsləhət də verim, həmişə “Mən” sözünü böyük hərflə yazın, necə ki, ingilislər edir. Onda özünüzə hörmət, sevgi və güvən də artacaq.

#gülbaşımıza #psixologiya #afirmasiya

Foto Vüsal Verdiyev

P.S. Pilləkənlərdə oturmağı sevirəm, uşaqlıqdan qalan adətimdir.