Рубрики
Вспомнить все

Yastıqaltı pullar

Bankda sədr müavini işləyən vaxtlar İdarə Heyətinə təklif etdim kİ, əhalidən əmanətləri toplayaq. O zaman banklara etibar yox idi, daha öncə “Vahidbanklar” pulları atmışdılar, daha öncə Sberbankda olan əmanətlər dəyərsizləşib, qəpik quruş olmuşdu. 

Heç kim inanmırdı ki, əmanət gətirən olacaq. Yaxşı strategiya hazırlayıb, müxtəlif növ əmanətlər yaratdım və reklam kampaniyası keçirdim. 10 gündən sonra pullar axmağa başladı. 10-50 min dollar arası depositləri gətirirdilər. Gətirənlər isə nə varlı, nə iş adamları deyil, «kasıb-kusub» idi. Hamımız şok olmuşduq ki, bu qədər pul hardan çıxır.

İndi də vəziyyət eynidir. Varlıların pulu daşınmaz əmlakda, biznesdə, ortababların rezerv pulu vapşe yoxdu, amma 300-500 manat maaş alanların evində yastıqaltında yaxşı pullar var.