Рубрики
О женщинах Психология

YOOX.az

O gün qəhvəxanada bir oğlan şikayət edir ki, qızlar ona söz verir, amma işıq vermir. Yadıma düşdü ki, məndə də vaxtı ilə bir neçə belə hal olub.

Deməli, qızların arasında yeni/köhnə yola vermə üsulu yaranıb. Onları harasa dəvət edəndə çox sevinir, hətta deyə bilər ki, bu çoxdankı arzusu idi, gündə yuxuda səni və qəhvə fincanı görürdü. Vaxtı soruşanda isə, «olar vaxtı mən seçim?» deyir. Oğlan da naivni deyir ki, kaneşna. Amma qızdan 40 il xəbər çıxmır. 

Bu illər ərzində ərə gedir, 2 uşağı olur, boşanır, ikinci dəfə ərə gedir, 1 uşağı da olur, yenə boşanır. Depressiyada olduğu üçün gündüzlər işləyir, axşamlar içib sərxoş olur, gecələr yataqda hönkür-hönkür ağlayır. İllər keçir, pensiyaya çıxanda evdə tək darıxır, yadına düşür ki, bəs bir oğlana kofe söz verib. 

Mesaj yazır ki, bəs «vaxtı sabaha təyin eləmək istəyirəm, görüşək?» Mesaja Oğlanın nəvəsi cavab yazır ki, «Nənə can, sabah babamın 40-dır, gəl Təzə Pirə məclisə. Babam öləndə vəsiət etdi ki, o qız mesaj yazsa, 40-ma çağırın.»

Statusu ciddi qəbul etməyin. Sözü qızlara atıram ki, istəyiniz yoxudrsa, açıq deyin, yalan danışanda, yalan da sizə qayıdacaq. YOX deməyi öyrənin, o da gözəl cvabdır. #gülbaşımıza