Рубрики
Sığorta

Bu meydan, bu şeytan…

2002-ci ildə, birincə dəfə Parisdə olanda, belə bir söz-söhbət gəzirdi ki, Triumf Qapısının yerləşdiyi Şarl de Qol meydanında baş verən avtomobil qəzalarına görə sığorta ödənilmir. Söhbət ondadır ki, bu Meydanda 12 yol birləşir, onlardan biri də avenue des Champs-Élysées-dir. Orada svetoforlar olsa da it yiyəsini tanımır, kim birinci basıb keçdi, keçdi. Hər dəfə Parisdə olanda, avtomobillə həmin dairəvi hərəkətə girmək böyük bir sərgüzəşt idi.

Orada baş verən hadisələri bilmirəm, amma Azərbaycanda hansı hallarda, avtomobil yol qəza hadisəsi zamanı sığorta ödənilmir? #gülbaşımıza