Рубрики
Психология

Tısbağanın səhvi

Bir gün tısbağadan «Burdan qarşıdakı kəndə nə qədər vaxta gedə bilərsən?» — deyə soruşurlar. Tısbağa da, «Yağışı, palçığı, küləyi, enişləri, yoxuşları hesablasam ən uzağı 3 günlük yoldu amma mən 6 günə gedərəm» — deyə cavab verir. Yola düşür, amma 6 gün keçməyinə baxmayaraq kəndə çatmır.

Axtarıb, tapıb soruşurlar ki, «Bəs nooldu, a Tısbağa, heç 6 günə də çatmadın…» O da cavab verir ki:
— Düz deyirsiz, mən yağışı, palçığı, enişi yoxuşu hamısını hesabladım, lakin yoluma çıxan pis insanları nəzərə almamışdım. Nə vaxt sürətli irəliləməyə başlasam onlar məni tutub həmişə tərsinə çevirirdilər. Düzəlib yoluma davam etməyim xeyli zaman alırdı, ona görə də gecikdim.

Təbriz İsmayılzadənin yazdığı bu misal onu göstərir ki, biznes plan yazarkən, paxıllığını çəkən, əlindən biznesini almaq istəyən, badalaq gəlmək, pulunu mənimsəmək, səni yıxmaq istəyənlərin sayı çox olacaq və bunu mütləq nəzərə almaq və sığortalanmaq lazımdır.

Atalar deyib ki, «bilsəm harada yıxılacağam, ora saman səpərdim». Samanı harada səpəcəyimizi təxminən proqnoz edə bilərsiniz, çünki, badalaq gəlmək istəyənlərin sayı o qədərdi ki! #gelbaşımıza