Рубрики
Мнение

Amerikan həyat tərzi

Niyə Amerikada pul qazanmaq asandır?

Çünki, orada sistem elə qurulub ki, qazanırsansa, xərcləməlisən. Hərə öz işini görür, pulunu alır, sonra isə onunla  başqalarının xidmədini ödəyir. Nəsə almaq istəyirsə, gedib 150 mağaza gəzib, 10$ ucuz axtarmır, tapanda alver edib, qiymət öldürmür. Girir internetə yaxud Mall-a, xoşuna gələni alır. Restoranda hesab verəndə ofisiantın çaypulunu mütləq verməlisən, ortalama 15%, hətta gətirdikləri hesaba istədiyin məbləği yazırsan, yazmalısan, çünki belə qayda var.

Hər şeyi, maşını, evi, evin içindəki hər şeyi kreditə alır, vaxtında ödəyirsə reytinqİ (credit score) yüksəlir. O da nə qədər yüksəkdirsə, kredit şərtləri o qədər mülayim olur, ön ödəmə az olur, yaxud olmur, faiz daha aşağı olur. Score pis olsa, heç mənzil də icarəyə vermirlər. Sistem məcbur edir ki, namuslu həyat sürəsən, sözünün üstündə durasan, yoxsa olursan izqoy (cəmiyyətdən təcrid). Bu da iqtisadiyyatın inkişafına təkan verir.

Hər şeyi sığortalamlısan: avtomobili, evi, tibb sığortası, risk sığortası, hətta 3-cü şəxslər qarşısında öhdəlik. Məsələn, qonaq gedirsən, təsadüfən nəyisə sındırdın, onu da sığorta ödəyir. Orada, «xoşbəxtliyə sındı» söhbəti yoxdur, çünki, adam o qədər işləyib, nəsə alıb, pulunu ödəyir, sənə niyə bağışlamalıdır deyə düşünür. Yəni, haqqına girmək olmaz. Əziyyət çəkdiyi hər şeyə dəyər verir.

Ayın sonunda canına vəlvələ düşür ki, ödənişləri vaxtında edəsən. Ona görə çox pul qazanmağa motivasiya edir. Bir tərəfdən eşşək kimi işləməlisən ki, hər şeyin olsun, digər tərəfdən də şəxsi həyatına az vaxt qalır.

Amerika həyat tərzi həqiqət üzərində qurulur, bizdə yalan üzərində. Azərbaycanda (ümumiyyətlə Şərqdə) uşaqlıqdan yalan danışmağı öyrədirlər. Bizdə hamını elə böyüdüblər ki, pulu olan da endirim istəyir, olmayan da.  Ancaq ortabablar istəməyə utanır, onlar da az sayıda. Ona görə də böyüyə bilmirik, ancaq şikayət edə bilirik. #gülbaşımıza

Nəm, Valla. Hərənin öz seçimi var.

Hərdən Amerika üçün darıxıram, pensiyaya çıxanda Hawaii adalarına gedəcəyəm. Deyirlər, orada hər şey havayıdır, adı da oradan yaranıb.