Рубрики
Психология

Qadın zorakılığının mənbəyi

Qadın zorakılığından hamı şikayət edir, amma heç kim onun mənbəyini araşdırmır, qarşısını almır.

Mənbəyi isə adət-ənənəyə uyğunlaşmaq istəyən valideynlərdir. «Nəvə istəyirəm» deyib qızı kimə gəldi verir. Nəvə istəyirsən, get uşaq evindən götür, böyüt, bəlkə bir savab iş görərsən.

Qız əri tərəfindən döyüləndə qarışmırlar ki, əridi, döyər də, söyər də. Oğlan isə ailədə ata tərəfindən anasına qarşı eyni münasibət görüb-götürüb və ənənəni davam etdirir. Uşağa tərbiyə verməsən də olar, onsuz da sizi kimi böyüyəcək.

Nə qədər istəyirsəniz Petisiya yazın, cəmiyyətin əqidəsi dəyişməyincə, heç nə dəyişməyəcək. Heç ali təhsil də bu işdə kömək olmayacaq. Prosta, kimisə tutub türməyə basacaqlar, siz də böyük bir iş gördük deyib, fəxrlə yaşamağa davam edəcəksiniz. Gələn dəfəyə qədər… #gülbaşımıza