Рубрики
Психология

Kişilərə zorakılığa son!

«Qızını döyməyən, dizini döyəcək» (Sadist #atalarsözü) — bu ifadədə “qız” rifma üçün işlənib, mənasında həm qız, həm oğlan dayanır. 

Oğlan uşaqlarını balaca vaxtlarında valideynləri kötəkləyirlər. Hələ “sözə qulaq asmayanda” «nöyüd iyi gələnə kimi” (niyə nöyüd? Yəni ağ neft) döyürlər. “Olmaz” deyib, heç nə anlatmadan, sərt münasibət göstərirlər ki, uşaq qudurar. Ona görə bu oğlanlar böyüyəndə əvəz çıxırlar, çünki, şüuraltında sadizm var.

Oğlan uşaqlarını çox zaman anası döyür, çünki baxan odur. Bəzən isə atasına şikayət edib, atasına döydürür. Uşaqda valideynlərə qarşı qorxu və nifrət yaranır. Amma Stokqolm sindromu onları tabe olmağa, ömrü boyu dedikləri ilə oturub-durmağa məcbur edir. Bu da onu bədbəxt və kompleksli edir. Belə kişilər aqressiv və sadist olur, zorakılığı arvadına və uşaqlarına tətbiq edir.

Uşaqları döymək olmaz, onlarla danışmaq, diqqət göstərmək və dost olmaq lazımdır. Əsəbi olanda sillələmisənsə, öz səhfini etiraf edib, üzr istəmək də lazımdır, axı o da bir insandır. #gülbaşımıza

Üzr istəmək ancaq güclü insanlara xas olan xüsissiyətdir. 

P.S. Doğru söz Şillə deyil Sillə-dir.