Рубрики
Sığorta

Kasko və mən

90-cı illərin sonu idi. O vaxt Qaqarin körpüsünün (Cavanşir körpüsü) üstündə  qarşıdakı maşınlar rezki tormoz verdilər. Mən də birtəhər saxladım. Amma arxadakı maşın mənim maşınıma girdi. Onun sürəti və inersiyası yüksək olduğu üçün mənim avtomobilim dayandığı yerdə qarşıdakına dəydi. 3 avtomobildən ən çox zərər mənimkinə dəydi. Hay küy başladı. Qarşıdakı sürücü düşüb üstmüzə gəldi. Mən də strelkanı arxadkına keçirdim. Özüm isə ayrılıb, sığorta şirkətinə və servisə zəng elədim.

Polis gəldi, sığortaçılar gəldi, evakuator gəldi. Hamısı öz arasında mübahisə edir, söyüşür və əsəbləşirdilər. Mən sürücümü çağırdım, maşını Sığortaçılara və İmprotex Motorsun evakuatiuarına təhvil verib, rahat ofisə getdim. 

Avtomobilim BMW 5-seriya idi və kasko sığortası var idi. Onun təmiri 7 min dollara başa gəldi. Ən əsası isə mən çox rahat və əsəbləşmədən problemi həll etdium. Pulu da sığorta birbaşa İmprotexə köçürdü.

Kimsə deyə bilər ki, sığorta problemdir. Problem məhz o Adam üçün Olur ki, nə müqaviləni oxuyir, nə öz haqqlarını bilir, nə də sərfəli sığorta seçir. 20 ildir avtomobil və motosikllərimi kasko sığorta etmişəm.

O vaxtlar yaşıma görə ağıllı və ciddi idim, indiki kimi yox. #gülbaşımıza