Рубрики
Sığorta

Kasko

Azərbaycanda insanların ən böyük problemlərindən biri də odur ki, heç vaxt müqaviləni, onun şərtlərini oxumur, detalları aydınlaşdırmır və ucuz qiymət arxasınca qaçır.

İcbari #sığorta 1 növ olsa da, sığorta şirkətləri #kasko-nunun çox növlərini təklif edir.

İnsanlar heç zaman ölməklərini düşünmədiyi kimi, heç zaman qəzaya düşməcəyini düşünür. «Allah Kərimdir, hər şey yaxşı olacaq!» deyib yaşayırıq.

Deyəlim ki, qəza etdin və avtomobilə zərər dəydi. Gözəyarı təmir dəyəri 5-6 min manat olsa da, servisə gedəndə, məlum olur ki, xırda-mırda çox hissələr sınıb və məbləğ 2 dəfə yüksək olacaq. İndi gəl 10-12 min ver təmirə.

Kasko varsa, məsələ həll olunur, ödəniş alıb, rahat təmir edəcəksən. Amma onun üçün müəyyən sənədlər təqdim olunmalıdır. Ən əsası isə DYP-dən protokol. Yəni, bunu hər kəs bilməlidir, qanunvericiliklə belə olmalıdır.

Kimsə əsəbləşir ki, mən onu alana kimi nə qədər əziyyət çəkdim. OK, əziyyətsiz istəyirsən, 10 mini cibindən ver. Bu boyda pul göydən düşmür axı!

Amma, burada bir xəbər deyim. Sənədlərin toplanması, maşının servisə evakuasiyası xidmətini Sığorta şirkəti öz üzərinə götürə bilir. Bunun üçün Kaskonu alarkən, eləsini seçirsən ki, şərtlərində bu xidmət olsun.

Bu qədər sadə. Məsləhət lazım olsa, yaz gəlsin.