Рубрики
Мнение

Vaksinasiya sərbəstdir

Azərbaycanda vaksinasiya. Operativ qərargah:

«Vaksinasiya məcburi deyil, amma yenə də özün bilərsən. Covid passportsuz heş yana girəmiyəssən.” 

Bizdə hamı qorxur, etibarsızlıq yaranır, OQ və TƏBİB söyə-söyə, gedib edir.

Polşada vaksinasiya. Kabmin:

“Canıvızı yiyək, gəlin vaksinasiya edin, noolar. Bax, kim eləsə, vaksin nömrəsi həftəlik, aylıq və illik lotereyada oynayacaq. Uduşa mənzillər, hibrid avtomobillər və pul prizləri daxildir.»

Polşada pişim-pişimlə, əhali sevinir ki, bəlkə mənzil, maşın uddum. Hələ bir təşəkkür də edir ki, nə yaxşı ki, varsınız.

İnsanları nəyə isə təşviq etmək çox asandır, yetər ki, baş işlədəsən. İşlətməsən də, yaxşılardan nümunə götürmək olar. Bizdə də lotereya olsaydı, hamı məmnuniyyətlə lap 3- və 4-cü dozanı vurdurardı. Hələ də gec deyil, lotereya oynamağa.

Mən uçub, Polşada vaksin vurduracağam. Əgər qismətin olarsa, olaram sənin. (c)

#gülbaşımıza