Рубрики
Мнение

Etibar və Vaksin

Son zamanlar pulla covid pasport alanları məzəmmət edən çox postlar görürəm. Niyə axı insanlar pul verib, vaksin vurdurmur?

Tanışlaımız arasında vaksindən sonra ölənlər var, yaxud o haqda çoxlu söz-söhbət gəzir. Əlbəttə ki, bir az da şişirtmə də var. Hətta deyirlər ki, bir kişinin vaksindən sonra buynuzları çıxıb.

#Nəsə, bu problemlərin mənbəyini araşdıran yoxdur. Sentyabrın 1-dən hər yerdə pasport istəyəcəklər deyə, klinikalarda basa-basdır. Həkimlər heç kimi yoxlamır. Hamıda nə isə bir xəstəlik yaxud allergiya var. Düşünürəm, desələr də, qulaqardına vurur, çünki sabah kimsə peyvənddən ölsə, onun cavabdehliyini heç kim daşımayacaq. Bir də ki, medsestraya göstəriş veriblər ki, «zırrıyın hamıya”, o da öz işini görüb, “bas getsin” milli teoriyası ilə davranır.

Bu hallar etibarsızlıq yaradır və insanlar ölməmək üçün peyvənddən qorxurlar. Yeyib-içən, hərəkət etməyən, səhər xaş, günorta kabab, axşam isə yağlı bozbaş yeyənlərin immunitet o qədər zəif olur ki, vaksindəki o bala-koronovirusdan xəstələnir və ağır keçirir. 

#Vaksin — tərkibində koronovirusun zəif versiyasıdır ki, imunitet onunla mübarizə aparanda antitel yaratsın.

Əgər bizim tibbin insanlar heç gözünə deyilsə, Bill Gates nağarsın ki?! #gülbaşımıza