Рубрики
Мысли вслух

iSmaylikli mətn

Sosial Şəbəkələrdə tez-tez smayliklələ dolu yazı görürəm. Agah olun ki, smile-lı postu oxuyanda insan beynini çaş-baş qalır, çünki mətni oxuyarkən biz hərf və rəqəmləri görüb sürətlə qavrayırıq. Bəzən isə, yumor olmayan (yumor hissi həmçinin) postlarda 10 min smile görürsən və düşünürsən ki, bu adam niyə öz-özünə gülür axı. Bəlkə nəşəlidir? (Nəşə söünün ilk mənası “Sevinc” deməkdir.)

Yazma bacarığı olan şəxs məhz mətndə əhval ruhiyyəni göstərir. Bəzi jurnalistlər indiyənədək müsahibələrdə, mötərizə içərisində hələ də (gülür), (ağlayır), (kədərlənir), (söyüş söyür) kimi qeydlər qoyurlar, halbuki bu keçmişdə qalıb. Professionallıq ondadır ki, müsahibədəki emosiyaları sözlərlə ifadə edəsən və professional fotoqrafın çəkdiyi emosional şəkillərlə göstərəsən, oxucuda empatiya yaradasan. Bir də, müsahibədə «salam, necəsiniz? Nə var, nə yox? Evdəkilər necədir? Papa-mama neyniyir?», «vaxt ayırdığınız üçün kjkjlaksdlakd…» yersizdir. 

Bu gün youtube və internetdə minlərlə məqalə və videolar var, hansı ki, post yazmaq üçün təlimlər, məsləhətlər verir. Qadovuz alım, hərdən onlara baxın daa. 

Bir də ruski sektor uşaxları, sizi məktəbdə rusca yazmağı kiril əlifbası ilə öyrədiblər axi, niyə transkriptlə yazırsınız? Düşünürəm ki, qramatik səfvləri gizlətmək asandır deyə. Həyatda etdiyinz səhvlər postda etdiyiniz səhvlərin yanında xırda bir şeydir. #gülbaşımıza