Рубрики
Вспомнить все

Kədərli həyat

Kiminləsə yeni tanış olanda məndən çox zaman soruşurlar ki, «Azərbaycanlısan? Heç oxşamırsan.»

Mən də həyatımın kədərli hissəsini danışıram ki, mən Qaraçı (Цагане) ailəsində anadan olmuşam. Amma mən doğulanda cadugar kaftar nənəm deyib ki, bu uşaqdan canınızı qurtarın, ondan sizə xeyir gəlməyəcək. Onlar da məni aparıb atıblar bir qapıya. Atam da tapıb və məni öz oğlu kimi böyüdüb, təhsil verib. Valideyn böyüdəndir, dünyaya gətirən deyil.

Bu hadisəni danışanda həmsöhbətimin üzündə təəsüf və dəstək hissləri görürəm.

Uzun illər öncə Kiyevdə qaraçı, rus, yəhudi qarışığı qızla tanış olanda, ona aşiq olmuşdum. Elə bilirdim ki, özümünkülərdəndir. Boşanıb, onunla evlənmək istəyirdim.

Məni kimi belə psixoloji travma yaşayan uşaqlar çoxdur. Elə çıxır ki, xalxın yarısını qaraçılar qapıya atıblar, digər yarısını isə zibillikdən tapıblar.

Çox tupoy ənənələrimiz var və uşağı elə anadan olandan aldadırlar. Elə soska nəyə desən dəyər. #gülbaşımıza

P.S. Söhbəti tutandan sonra çox gülürük. Gülüş isə insanları yaxınlaşdırır.