Рубрики
Моя работа

Yeni proyekt — Sığorta

Bu aydan yeni bir proyektə başladım — AVTOMOBİL SIĞORTASI.

Bu bazarı çoxdan izləyirəm, 2003-cü ildən Autograph.az jurnalımızda Sığorta Şirkətləri ilə sıx çalışmışam.

Öz avtomobillərimi və motosikllərımi 20 ildir Kasko sığorta edirəm. Bu müddət ərzində 3 dəfə ödəniş almışam: 7 min, 3 min və 20 min manat.

Bəzən kasko sığortasının ödəniş məbləğini görəndə düşünürlər ki, bu qədər pulu niyə boş yerə ödəyim ki. Amma hadisə birdən olur, bax onda düşürsən xərcə, həm də külli miqdarda. Maşın tam yararsız hala düşəndə isə neynəyəcksən?

Bilirəm ki, çox zaman Sığortaçılar ödənişindən qaçmaq istəyirlər və səbəb axtarırlar. Amma bunu rahat həll etmək mümkündür, əlbəttə ki, müqavilə şərtləri pozulmayıbsa. Çox zaman müqaviləni heç kim oxumur, satan da şərtləri demir.

Avtomobil sığortası sahəsində təcrübəmi genişləndirib, ekspert olmağı qarşıma məqsəd qoymuşam. Tak şto kimə icbari və kasko sığorta lazımdırsa, müraciət etsin. Yaxşı şərtlər və müxtəlif tariflər var, ödənişi də hissə hissə etmək olur. Hadisə olanda da, ödənişi almağa kömək edəcəyəm.

Sığortaçılarla nə problem yaşamısan?

#avtomobil #insurance #kasko #repost