Рубрики
Кино

Forsaj 9

Dünən Forsaj sikvelinin 9-cu seriyasına baxdım. Nə deyim valla, ağın ağını çıxardıblar lap.

Yolsuzluqda Mustang sürürlər, dağdan dağa kainata ilişib uçurlar, uje kosmosa da maşınla gedirlər.

Ən fantastik hissəsi isə Tbilisidə çəkilib. Külli miqdarda maşınları xərd-xuşul elədilər. Gürcülərin bəxti gətirib, bazardakı bütün köhnə maşınların alıb, istifadə ediblər. Bizdə çəkilsəydi, canımız köhnə maşınlardan qurtarardı.

Bir də ki, nə oldu, maşınla ötüşürlər. Biri o birinin anasını söyür, bu biri də deyir ki, ötüşək, mən birinci gəlsəm, sən nepravsan, «məəm maam namusdu arvaddı, mən uduzsam söyüşü boynuma alıram». 

Vopşem, arada da gic-gic söhbətlər, lap elə bil ssenarist hind filmlərindən ilham alıb. Birdən birə, 9 seriya sonra, Dominikonun qardaşı ortaya çıxır.

Filmdə avtomobillər baş roldadır, Daje, Toretto məhlədəki dükana çörəy almağa da ortamühərrikli 1968-ci il Dodge Charger ilə gedir.

Nəsə, Forsaja da bir quş, yəni 3+. #kino