Рубрики
Мнение

Avtomobil inqilabı

İllər öncə Azərbaycanda 2 tip avtomobil satılırdı: Sedan və SUV. 

Amma Almaniyada avtomobil qiymətlərini düşməsi touring (universal, xalq arasında «furqon») kuzovlu köhnə maşınlar, sonra isə hatchback-lar xalqın «zövqünü» dəyişməyə məcbur etdi. Taksi və daşıma xidməti göstərənlər birdən başa düşdülər ki, bu növ sinif avtomobillər çox sərfəlidir. Bahalı sinifdə isə buna Porsche Panamera güclü təsir etdi.

Coupe isə daha çox imic yaradır, deyirlər qızların xoşuna gəlir, ona görə oğlanlar alır. Kabrioleti isə hələ də havanın çirkli olması səbəbindən alan azdır (elə bil yan şüşələri açanda həmin zir-zibil salona gəlmir). 

Qarşıda xalxı Pick-up inqilabı gözləyir, seksual inqlabdan həmən sonra…

Sonra da deyirsiz «Biz dəyişən deyilik!» #gülbaşımıza