Allahşükür Paşazadəni son çıxışına görə hamı tənqid edir. Amma onun dediyi nə anlama gəlir?
«Xomeyninin fətvası qalibiyyət carçısı oldu».
#Fətva — İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən verilən dini sənəd.
#Carçı — keçmişdə bəzi Şərq ölkələrində, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs.
Yəni, bu deməkdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü, torpaqların azad olunmasını və bizim qələbəmizə inamını açıqlayıb.
Belə isə Allahşükür İrana reverans edib ki, bu da siyasi addımdır. Siyasət şahmat oyunudur. İranı düşmən kimi qəbul etməklə biz heç də doğru yol seçmirik, çünki İran güclü iqtisadiyyat və hərbi gücü olan ölkədir. Azərbaycan bütün güclü qonşu ölkələrlə dostluq əlaqələri qurmalıdır, düşmənçilik yox.
P.S. Güclü Azərbaycan İrana problem yarada bilər, çünki bir dəfə Cənubi və Şimali Azərbaycan birləşməyə cəhd ediblər. Onda da SSSR və İngiltərə bizi 1 quruşa İrana satıb.
#fikiradamı
Рубрики