Рубрики
Психология

Azerbaijan dream

Bir tanış qadın var, sabah birigün 40 yaşı olacaq, Amerikana ərə gedib, 19 yaşından ABŞ-da yaşayır, universitet bitirib, böyük şirkətdə yüksək vəzifədə çalışır, ailə qurub, uşaqları, evi, maşınları, bankda depozitləri… bir sözlə hər bir valideynin qızı üçün arzuladığı hər şeyə nail olub.

Deyir ki, amma Bakıya gələndə atası təpinir ki, qısa yubka, dekolte kofta geyinmə, xalx nə deyər. Anası və bacısı şəhərə çıxanda hər 1 saatdan bir zəng edib harada və kiminlə olmağını kontrol edir ki, birdən pis yola düşər. #gülbaşımıza