Рубрики
Мнение

Pulsuz mənzil

Sovetlərin vaxtında hamıya pulsuz ev verilirdi. Növbə ilə gözləyib, dövlət tərəfindən inşa edilən mənzil alırdılar. Yaxud, 25 illik faizsiz kooperativlər də var idi.

Məsələn, New Yorkda hər ay mənzil lotereyası keçirilir. Orta və aşağı gəliri olan yüzlərlə ailələr mənzil udur. Əgər bizdə belə bir şans olsa, siz baxın insanlar nə həyasızlıqlar edər, rüşvət, cadu-piti, day-day, qohum hesabına belə mənzillərdən bir neçəsinə sahib olmağa çalışar ki, sonra icarəyə versin. Siz də düşmüsünüz jurnalistlərin üstünə.

Kimisə yaraqlamaqdansa, hakimiyyətə belə lotereyaların keçirilməsini təklif etmək lazımdır ki, başqalarının da mənzil qazanmaq şansı olsun.

P.S. Qazi və şəhid ailələrinə Olimpiya kəndinin bir hissəsini vermək olar, onsuz da çox böyükdür. Sonra Yeni Olimpiya kındini tikmək olar. #gülbaşımıza

P.S. Allah hamının xalyavnı yeni mənzilə qapısını açsın, təki paxıllıq olmasın.