Рубрики
Психология

Dünya «gözəli»

Qadınlar şəkillərini facebook’a qoyanda o biriləri başlayırlar ona «krasotka», «çox gözəlsən», «dünyada sənnən gözəli yoxdu» və sairə bu tipli lommentlər yazmağa. Amma baxırsan ki, bunlar çoxdan oftalmoloqun qəbulunda olmayıblar.

Uzun illər bundan öncə oxuduğum məqalə yadıma düşdü. CİA Ərəb ölkələrində islam örgütləri yaratmaq üçün belə bir strategiya qurmuşdular. Hər hansı bir Şəhərdə yazıq adamı seçirdilər. Dünyanın müxlətif yerlərindən adamlar gəlib onun qarşısında baş əyirdilər ki, vəh gəldi ki, sən lidersən və biz sənin əsgərlərinik. O da əvvəl şok olurdu ki, səhv salmısız. Amma müxtəlif ölkələrdən gələn müxtlif adamların etirafını görən «İmam» buna özü inanmağa başlayırdı. Bir müddətdən sonra ətrafında adamları yığıb onlara başçılıq edir və özünü seçilmiş sayırdı. Əlbəttə ki, bilmədən CİA-in əlində marionetkaya çevrilirdi.

Facebookda da o gədər tərif yağdıdırlar ki, qadınlar doğrudan da gözəl olduğuna inanır və selfie-lərin ardı arası kəsilmir. Amma, baxırsan ki, adam özündən necə də razıdır və necə gəldi selfie çəkir.

Kompliment etmək yaxşıdır. Amma belə ağ yalan olmaz axı, onun da sivil yolları var, yetər ki, bir az baş işıədəsən. Çünki, həmin xanım özünü dünya gözəli hesab edir, kişilər ona yaxın durmayanda, hamısına nifrət edir və alçaldır. Sonunda isə bu onu depresiyaya aparır. #gülbaşımıza

P.S. Estet olduğum üçün elə qadınların şəkillərini bura qoymuram. Amma şəkildə namyok var.