Рубрики
Мнение

Badımcan

Dünən ARB kanalında 500 London Taksi avtomobillərinin dayanacqda işsiz dayanaraq cürüməsi haqqında süjetə baxdım. Səslənən məlumata görə ümumi dəyəri 30 milyon manat olan bu taksilər elə oradaca qalıb, metalaloma çevrilir. Hələ bu azmış kimi bir də qırmızı rəng hibrid “Badımcanlar” gətiriblər, hansılar ki, elə yanacaqla işlədilir. 

«Baku Taxi»nin direktoru deyir ki, Pandemiya zamanı taksi xidmətinə tələb çox azalıb. Həftəsonları ictimai nəqliyyatın işləməməsi təqdirində sakinlər nə ilə hərəkət edir bəs?

Niyə büdcə puluna alınan bu maşınlarla heç nə edilmir? Məsələn, Səhmdar Cəmiyyət edib, səhmləri auksionda satmaq olardı ki, özəl əllərə keçsin. Özəl olanda, sahibkar onların pulunu çıxarmaq üçün düzgün siyasət yürüdəcək. Yaxud hərracda ucuz satıb, heç olmasa bir hissəsinin pulunu qaytarmaq olardı. Alan da ondan öz xeyrini götürəcək.

Uber və Bolt platformalarında 10-20 maşını olan sahibkarlar var. Priusları alıb, buraxıblar istismara. Yaxşı da pul qazanırlar.  #gülbaşımıza