Рубрики
Психология

Ayaq psixologiyası

Yay gəldi, çimərliklər açıldı, storieslər qadın ayaqları ilə doldu. Bayaq bir sual gördüm ki, «ayaq qoyanda noolur ki?!»

Mənə maraqlı gəldi ki, psixologiyada bu nə deməkdir. Bir neçə psixoloqların fikirlərini oxudum və ümumi nəticə budur ki, əgər qadın baseyn və plyajda öz ayaqlarının şəkilini qoyursa, deməli həyatında ya seks yoxdur, ya çox azdır. Kişilər çox az hallarda belə şəkil qoyurlar.

Digər «diaqnoz» isə belədir ki, ətrafdakı kişilərin diqqətini cəlb edib, onların «ağzını sulandırmaq» istəyir.

Bu həm də narssizm kimi də qiymətləndirilir ki, «bahalı həyat» göstərmək üçün edilir. Tez-tez selfie-lərini çəkib yerləşdirmək də narssizm əlamətidir.

Hər bir şəxsin psixoloji durumunu sosial şəbəkədəki şəkillər və postlarla təyin etmək mümkündür. İnsanlar özlərindən asılı olmayaraq öz süuratısının göstərişi ilə hərəkət edir.

Ona görə atalar deyib ki, «Qırağına bax bezi al, storisinə bax qızı.»

#psixologiya