Рубрики
Мысли вслух

Stabil həyat?

Bir tanışım var, arvadı ilə məktəbdə bir sinifdə oxuyub, ibtidai sinifdə bir-birinə aşiq olub, sonra bir univerdə, bir qrupda oxuyublar. Bitirəndən sonra evləniblər və 3 uşaqları var. Bir yerdə işləyirlər, dincəlirlər, vaxt keçirirlər. Yəqin ki, birlikdə, əl-ələ tutub qocalanda yataqda öləcəklər.

Adamlar çox xoşbəxt və stabil həyat yaşayırlar. Həyatlarında başqa adam olmayıb, xəyanət olmayıb, elə bir güclü problem də yaşamayıblar.

Zamanımızda olmayacaq bir hadisə. Düşündüm ki, onların həyatı haqqında kino çəkmək olardı, amma o kino heç kimə maraqlı olmayacaq və ona heç kim baxmaq istəməyəcək.

Amma, 101 problem yaşayan, yıxılıb-qalxan, keflə həyat sürən, 1001 işdən çıxan, yeyib-içib, gəzəyən adam haqqında kinoya isə hamı baxmaq istəyəcək.

Odur ki, stabil, xoşbəxt, problemsiz, duzsuz həyat yaşamaq nə qədər maraqlı ola bilər? Axı hamı belə həyat arzulayır.

Məndə alınmır, Valla. #gülbaşımıza