Рубрики
ЖЗЛ

Bizimkilər

Kristofer Van Damme Azərbaycan xalqına böyük sevinc yaşatdı. Azərbaycan Xalqının yeni qudasl Jan Klod haqqında maraqlı nyuanslar:

Jan Klod Belçikada doğulub, uşaqlıqdan şərq döyüşləri ilə məşğul olub və karate üzrə qara kəməri var. O daha çox aktyor kimi tanınır. 

Janın bioqrafiyasınfakı maraqlı faktlardan biri onun 5 dəfə evlənməsidir. Özü də 3-cü arvadına 2 dəfə evlənib. Hansı ki, Kristofer və Byankanın anası Qledis Portukezdir. 

Abıçnı biz tərəflərdə, yəni Azərbaycanda, çox evlənən kişiyə nə qız verirlər, nə də qız alırlar, amma Van Dammla belə söz söhbət keçmir. Əsəbləşib, döyər hamını. 

İlk dəfə Jan Klod cavan vaxtlarında özündən 7 yaş böyük olan varlı ailənin qızı Mariya Rodriqez ilə evlənib. Onun puluna idman zalı açıb və yaxşı pul qazanıb. Atalar demiş, bacarana can qurban. 

Sonra isə qızdan boşanıb, Amerikaya aktyor olmaq üçün köçüb. Orda da başqa varlı qızı Sintiya ilə evlənib. İlk populyarlıq gələn kimi gözü yeri görməyən vaxtlarında ondan da boşanıb. 

Üçüncü və ən çox sevdiyi həyat yol-yoldaşı isə Qledis Portukezdir. Qledisdən 2 uşağı olan Jan Klod 6 ildən sonra arvadının padruqası ilə gəzməyə başlayıb. Qledis də biləndə onu atıb gedib.  

4-cü arvad Darsi ilə cəmi 9 ay yaşayıb. Uşaq olandan sonra boşanıb və Qledisi yenidən alıb. 

Deyir ki, Qledis onu həyatının qadınıdır, peşmançılıq çəkir ki, xəyanət edib. Ona görə də Qıedisə okeanın sahilində 3 mərtəbəli valla bağışlayıb. Belə kişiyə kim qayıtmaz ki?!

Jan Klod Van Damme bax belə lovelasdır. Olacaq da! Populyardır, uğurludur, pulu da var. Jan deyir, 5 günlük dünyadır, adama gəzmək qalacaq. Arada sırada Ukrayna qızları ilə də romanları olur. Deyəsən, Jan Klodun bir tərəfi 100% Vən Damnandı..

Janın (bundan sonra Canik) var dövləti 30 milyon avrodur. 

Vam Damme kimi ulduzların Azərbaycan tərəfində olması çox yaxşı haldır. Axarıncı olsun! 

Fotoda Qledisi Portukez ilə cavan vaxtlarında. Bir zalda məşğul olanda bir birinə aşiq olublar. İdmanla məşğul olun, bəlkə öz tayınızı tapasınız.