Рубрики
Экономика

İxrac balansı

TV-də ölkəmizin ticarət balansı haqqında məlumatı dinləyirəm. Ümumi ixrac 4.1 mlrd ABŞ Dolları olub, onun cəmi 16% qeyri neft sektorudur. Amma o 16%-in böyük hissəsi aluminium, qızıl, pambıq təşkil edir. Yəni ixrac yalnız Dövlət strukturlarına aiddir, özəl biznesin demək olar ki, rolu çox xırdadır. O da yəqin pomidorun Rusiyaya ixracıdır.

Hər bir iqtisadi strategiyanın əsasını ixrac təşkil edir. Təəsüf ki, Azərbaycan bu sahədə yalnız neftlə bağlıdır. Özəl biznesin ixrac yönümlü olması vacibdir. Buna dövlət dəstək verməli və şərait yaratmalıdır. Nə qədər neftdən asılı olacağıq, iqtisadiyyatımız qeyri stabil olacaq və neftin qiymətindən asılı olacaq.

Turgut Ozalın hakimiyyəti zamanı Türkiyədə özəl şirkətlər üçün ixracı nəinki vergidən azad etmişdi, həmçinin ölkəyə daxil olan valyutanın 2% (səhv etmirəmsə) həcmində büdcədən mükafat verirdi. Bu gün Türkiyə bütün dünyaya ixrac edir.

İdxal rəqəmlərini görsək, dəhşətə gələrik. Ən böyük problemlərdən biri isə daxili istehsalatın bahalı olmasıdır. Çindən idxal dəyəri (malın dəyəri+nəqliyyat+gömrük vergisi) daha ucuz başa gəlir. #gülbaşımıza