Рубрики
О разном

Müasir arxitektura

Dünən xəbərlərdə Bakının mərkəzindəki köhnə binanın damındakı mansardanın sökülməsi haqqında video gördüm.

Praqa yadıma düşdü. Praqaya səma altında muzey də deyirlər. Çoxsayda köhnə və möhtəşəm arxitektura ilə binalar var. Amma onların bir çoxunun damında müasir dizaynlı mansardlar qurulub. Hətta iki belə binanın arasında, onlara bitişik ultra müasir, şüşə binalar da var.

Bizdə isə hər şeyə primitiv yanaşmadır.

1-cisi, niyə də üst qatdan istifadə olunmasın ki?! Yeni binalardan fərqli olaraq inqilabdan öncə tikilən binalar xarici konstruktorlar tərəfindən hesablanıb və 2-3 yüngül konstruksiyalı mərtəbəni saxlaya bilər.

2-cisi, mansardı yaxşı arxitektora tapşırmaq lazımdır ki, binaya müasirlik və yeni nəfəs versin.

XXI-ci əsrdə Bakıda hələ də keçən əsrin texnologiyası ilə binalar tikilir: armatur-beton karkas və kubik, oqlay üzlük. Bunlar ekologiyaya ən böyük zərbə vurandır, köhnə maşınlardan sonra.

Avropada 20 ildir ki, su istifadə etmədən binalar tikilir, çünki ekologiyanı qorumaq istəyirlər. Bizdə isə tikinti gedən yerdə toz və zibil əlindən tərpənmək olmur. Bu toz ciyərlərimizə hopur və çoxsayda xəstəliklərə səbəb olur. #gülbaşımıza

Nəyi qoyub, nə axtarırıq!