Рубрики
Мнение

Sui istifadə

Son zamanlar baxıram, yerli şirkətlər, özəlliklə taxi xidmətləri facebook-dakı skandalmnı diskussiyaları həmən tutub öz reklamlarına çevirirlər. Keçən dəfə metro, bu dəfə çinli…

Yazdığım statusdan sonra o qədər söz söhbət oldu ki, Çinli qaqaş uje peşman olub yazmağa. Yazıx da dəfələrlə deyir ki, Ay Balam, mən Azərbaycanı sevirəm, belə şeylər olur, amma qarşısını almaq lazımdır. Digərləri deyir ki, get çindəki taksi şoferlərin gözündəki tirləri tap, nə bizim qılımıza ilişmisən. Kimsədə deyir ki, nooolsun e, hər yerdə taksilər s****ş gəlirlər, verəydin pulunu, xalxın çörəyinə niyə bais olursan.

Yadımdadır, mənim Linkedİn-dəki işçi əgər aldadırsa, oğurlayırsa, işləmirsə onu qovmaq lazımdır statusuna çox sayda həm dəstək (rəhbərlərdən), həm də tənqid (nəzərdə tutduğum belə şəxslərdən) almışdım. Bu da bizim mentalitet dediyimiz zad.

#rmblog #gülbaşımıza #mentalitet

Ay mənim Bloqum! ramin-musayev .com