Рубрики
Психология

Kinetoz xəstəliyi

Uşaqlıqdan #kinetoz xəstəliyi məni narahat edir.

Bu dəniz xəstəliyinin elmi adıdır, amma nəqliyyatın hər növündə baş verir. Gəmi, maşın, avtobus, təyyarə. Nəqliyyatda gedərkən, ürək bulanması, baş fırlanması və ağrısı, qusma, ürək döyüntülərinin sürətlənməsi, hava çatışmamazlığı və təzyiqin yüksəlməsi kimi simptomları var.

Nə verir baş: Vestibulyar apparat məlumatı düzgün hesablaya bilmir. Düşünür ki, hərəkətsiz oturmusan, amma göz isə hərəkət görür. Beləliklə, error bu simptomlara səbəb olur.

Avtomobildə sərnişin kimi bu baş versə də, sükan arxasında yaxud ön oturacaqda oturanda olmur. Ona görə heç vaxt sürücüm olmayıb, özüm maşını sürmüşəm. Həmçinin, motosikl sürəndə da belə hal olmur. Bunun səbəbi də uzağa baxmaq imkanı, hər zaman şüuraltı hərəkəti ayaralayır və kontrol edir.

Çıxış yolu:
1. Hər səhər qimnastika: başı 15 dəfə hər tərəfə (aşağı, yuxarı, sağa, sola, dairəvi hərəkət) nəfəsi dərin alaraq hərəkət etdirmək.

2. Uzun yola çıxanda bu dərmanlardan birini qəbul etmək: Dramin, Bonin, Aminalon, Vitamin C

#Ogün söhbət edirdik, sən demə bunlardan çoxunun xəbəri yoxdur. Dedim ki, biləsiniz.

Vestibulyar apparat haranızdadır?