Рубрики
Кино

Babək vs Wallace

Dünən «Breave Heart» filminə baxırdım. 5 Oskar (10 nominsaiya)  və külli miqdarda mükafatlar alıb. Yəqin ki, çox adam baxıb. Filmə ilk dəfə 1995-ci ildə baxmışam. Çox təsiredici süjeti var. Amma filmin sseanrisi uydurulub və tarixi fakt deyil. Kstati,  Wallace sseanaristin familiyasıdır və o da bu ssenariyə görə çox mükafat alıb.

Bu gün səhər birdən ağlıma gəldi ki, Ala, bu Babəkin tarixi deyil məyər?! Babək filmini 1979-cu ildə Eldar Quliyev çəkib. Baş rolu isə Rasim Balayev ifa edib.

Demək olar ki, çox bənzəyir, sadəcə amerikan versiyasında sevgiyə daha çox önəm verilib. Çünki, tamaşaçılara məhz hisslər lazımdır. Öz sevgilisinin (Catherine McCormack) qisasını alır. Hətta şahzadə (Sophie Marceau) məhz bu hərəkətinə görə ona aşiq olur və sevgilisi olub, ondan hamilə qalır. Fransız qadınları sevgisiz yaşaya bilmirlər də.

Babək də arəb işğalçılarına qarşı mübarizə aparır, ətrafında xalqı toplayır, qəhrəman olur. Onu da satqınlıqla tuta bilirlər. Hər ikisini də filmin sonunda dar ağacına çəkib, sonra tikə-tikə doğrayırlar. Məhz Babək də son nəfəsində “Azadlıq” qışqırır.

Çox maraqlı tariximiz və qəhrəmanlarımız var, amma onları göstərə biləcək kino industriyamız yoxdur. Yenə də sovet vaxtlarında çəkilən filmlər var, amma onları da çox adam heç görməyib.