Рубрики
ЖЗЛ

Qoja Qartal

1983-cü ildə Avstraliyada 875 km morofonda 61 yaşlı fermer Kliff Yanq qalib olub. 5 günlük yarışda professional idmançıları geridə qoyaraq, finişə birinci çatıb.

Marafon iştirakçıları 18 saat qaçıb, 6 saat yatırlarmış. Kliff isə bunu bilmirmiş ki, yatmaq olar, ona görə yatmadan qaçırmış. Startda çox geridə qalan fermer finişə ilk gəlir. Priz fondunu isə qəbul etməyərək ondan sonra olan 5 nəfərin arasında bölür.

Kliff bu hadisədən sonra ölkə qəhrəmanına çevrilir. İlk onu görən idmançılar lağa qoyurmuş ki, bu kombinezonlu və çəkməli adam burada nə qayırır və bizimlə yarışmağa duxu çatmaz.

Kliff Jurnalistlərin sualına cavab verir ki, qoyunlar fermadan qaçanda 3-4 gün onları yatmadan izləyir, ona görə çox hərəkətdə olur, yatmır. Onu startda görən bütün ölkə əhalisi ona balet eliyir və həvəslə izləyirlər.

Bu hadisədən nə nəticə çıxarmaq olar:
1. Azərbaycanda uğurlu olmaq üçün məktəbdə əlaçı olub, bahalı universitet bitirmək şərt deyil, əksinə bu mane olur. Strategiyanı hansısa iqtisadi teoriya üzərində qurur, amma bizim bazar iqtisadi teoriya-meoriya nə olduğunu bilmir. Rəqiblər də həmçinin. Uşaqlarınızı zorlayıb, əlaçı etmək onları uğurlu etməyəcək, onlara sərbəstlik verin ki, həyatı reallıqda görsün və özü qərar qəbul etsin.

2. Qalib olmaq üçün mütləq gənc olmaq şərt deyil. Uğura hər bir yaşda çatmaq mümkündür. Gənclər çox zaman düşünür ki, 40 yaşa qədər nə elədin, elədin, sonra şans olmayacaq.

3. Rəqiblərinə dəyərli qiymət ver. Çünki, özünü hamıdan ağıllı sayıb, uduzmaq olar. 25-30 yaşında gənclər çox ambisiyalı olur, amma təcrübəsiz. Məntiqini işə sal və daxili səsini dinlə. Ən yaxşı məsləhətçi məhz odur.

4. Pul həyatda ən başlıca meyar deyil. Onun dalınca qaçmaq lazım deyil, sevimli işi görərkən özü gələcək. Pula görə özünü satma, dostunu satma, oğraşlıq eləmə.

5. Qalib olmaq üçün adının Qalib olması şərt deyil, idmanla məşğul olmaq və sağlam həyat tərzi sürmək lazımdır. Bu o demək deyil ki, alkoqol içmək, dadlı yemək olmaz, sadəcə hədd qoymaq lazımdır. Hər şey etmək olar, amma ağını çıxartma.

6. Hamıdan fərqli ol. Kütləyə bənzəyərək heç kim olursan. Öz individuallığını qoru.

7. Davamını sən de…

#gülbaşımıza #successstory #həyatqaydaları