Рубрики
Мысли вслух

Ölümdən qorxanlar

Səhər Facebooku açanda padryad ölüm və başsağlığı statusları qarşıma çıxdı. İnsanlar ölümdən çox qorxur. Amma, əslində ölüm asan bir şeydir, yaşamaq çətindir.

Hardan bilirəm? 8 il öncə, bu gün, mən də ölmüşdüm. Amma məni cənnətə qəbul eləmədilər, geriyə göndərdilər ki, zasluşit eləməmisən. Ondan sonra elə bil cəhənnəmin light versiyasına düşdüm. Qaynar çənlər olmasa da, çox ağır psixoloji və fiziki sınaqlar oldu, hətta geri qayıtmağıma peşman olduğum vaxtlar oldu.

Yoxsa indi oturmuşdum cənnətdə, 70 huri, onların 70 qulluqçusu, unlimited şərab, işləmək lazım deyil, pul lazım deyil, ancaq eyş-işrət… Mən də ondan sonra acıq edib dedim ki, raz məni ora qəbul etmədiniz, onda burada özümə cənnət yaradacağam, özü də all inclusive.

Ona görə ölümə filosofik münasibətim var. Maraqlısı odur ki, ölümdən qorxanlar, axirətə inananlar — həyatda qeyri-məqbul davranış edənlərdir. Onda niyə edirlər?

Nəm, atalar demiş, qorxursan pişikdən, bəs niyə çıxırsan deşikdən?!