Рубрики
О разном

Yaşat Fondu

Vətən Müharibəsindən sonra, Şəhidlərin sayı açıqlananda, çox adam onların qarşısında xəcalət çəkdiyini və utandığı haqda yazmışdı. Bəli, 3 min hərbi qulluqçu həyatını Qarabağın azadlığı uğrunda fəda edib. Onlar canlarından keçib, amma ailələrini bizə tapşırıblar. Xalq olaraq bizim onların qarşısında borcumuz ailələrinə dəstək olmaqdır.

Müəyyən dələduzlar Şəhidlərə kömək məqsədi ilə insanları aldadırlar. Bunun qarşısının alınması üçün YAŞAT Fondu yaradılıb. Hər bir vasitə ianə edən şəxsi kabineti vasitəsi ilə pulun xərclənməsinə nəzarət edə bilər. Yəni hər şey şəffafdır.

Fondun nəzarət isə ASAN Xidmətə tapşırılıb. Sirr deyil ki, ASAN hamımızda etibar hissi yaradıb, etdikləri hər bir proyekt uğurludru. Bir neçə gün öncə Zoom videokonfransda Ülvi Mehdiyev Fond haqqında ətraflı məlumat verdi, təklifləri dinlədi və onları bəyəndi, əlavə edəcəyini söylədi.

Fondun məqsdəi fərdi şəxs və müəssəsilərin ianələrinə nəzarət etmək və doğru yöndə xərclənməsidir. Bu çox gözəl təşəbbüsdür ki, Şəhid ailəlrinə və Qazilərə məkəzləşdrilmiş dəstək olunsun.

İanələri sadələşdirmək üçün müəyyən imkanlar əlavə olunacaq. Ətraflı məlumat və bank hesablarını Facebook, İnstagram və Linkedin səhifəsində, həmçinin ASAN Xidmətin vebsaytında tapa bilərsiniz.

Uatnmaq, xəcalət çəkmək lazım deyil, öz borcunuzu köməklə edin ki, Şəhidlərimizin ruhu şad olsun. Allah onlara rəhmət etsin!

P.S. Asan olsun deyə, videokonfransdan hesab nömrələrini şəkildə tapa bilərsiniz.