Рубрики
Мысли вслух

Refleks

Bizim qohumlar yas və şənliklərdə çox aktivdirlər. Ona görə kimsə dünyasını dəyişəndə, həmən bir-birinə zəng edib, xəbər veririlər, təcili toplanırlar. Bir nəfər var, hər dəfə mənə səhər tezdən zəng edib, bəd xəbəri çatdırırdı. Məndə həmin adamın səhər zənginə qarşı refleks yaranmışsdı, srazu nastrayeniyam korlanırdı.

Onu da deyim ki, nə toyları, nə də yas mərasimlərini sevmirəm, getmirəm də. Mənə deyəndə ki, «sənin yasına heç kim gəlməyəcək», gülüb deyirəm ki, elə yaxşısı odur.

Sözümü məğzi, yəni leytmotivi odur ki, indi də Facebooku açan kimi ölüm xəbəri haqqında statuslar görürəm, həmin adam yadıma düşür. Çoxdandır zəng eləmir, o da facebookda qrup yaradıb, orada xəbər yayır. Məni də dəvət etmişdi, atkaz getdim. #bədbeen

Belə getsə, Facebook-dan da çıxacağam.