Рубрики
Travel

Şəkil kimi…

Oğün The Metropolitan Museum of Art, New York getmişdim. Yağış yağmağa başladı, mən də qərar verdim ki, elə orada sığınacaq tapım. Kstati, media üzvlərini bütün muzeylərə pulsuz bilet verirlər. Ətraflı NYC Muzeyləri haqqında ayrıca məqalə yazacağam.

Muzeyin 1/4-i Misir tarixinə həsr olunub. Mumiyalar baxanda anlayırsan ki, Faraonıar özlərini Tanrı saysalarda, balaca boylu və cılız olublar, həm də çox yaşamayıblar. Elə bil Misirdə nə var, yarısını yığıb bura gətiriblər, yarısına da Luvra aparıblar.

Başqa ekspozisiyalarda çoxsayda antik skulpturalar yer alır. O qədər böyükdür ki, gəzməklə bitmir. Acdım, ona görə çıxdım ki, sonra yenə qayıdaram.

Marağımı çəkən isə foto şəkillər olan sərgi və 2 əsr öncəki rəsm əsərləri oldu. 1800-ci illərin işinə baxanda, rəssamların necə də detallıqla çəkdiyi şəkillərdir. Hətta işığı dəqiqliklə göstəriblər, elə bil fotodur.

İndi hər şey asan olub, smartfonu kiməsə verirsən ki, şəkilimi çək. O zamanlar «şəkilimi çək» başqa cür olurdu, həm də 100 dənə şəkildən seçib, abrabotka eləmiyiblər, ancaq bir şans olub, həm də günlərlə onun üzərində işləyiblər. Ona görə bu rəsmlərin qiyməti millionlarladır, sizin şəkillər isə pulsuz. )

Ən çox diqqətimi çəkən isə fransız Pierre Auguste Cot-un The Storm və Springtime əsərləri oldu. Həmçinin William Bouguereau-nun işləri.

Bəs siz nə çəkirsiniz? #NYC #themet150