Рубрики
Мнение

Qarabağda Yenidənqurma

Əgər həyatın dağılırsa, düşünməyə başla ki, dağılmış yerdə nə tikəcəksən. (Oşo)

Qarabağda ermənilərin evləri yandırmasına heyfslənməyin. Bəlkə bu işarədir ki, köhnə olan hər şeyi söküb, yerində müasir evlər, qəsəbələr və şəhərlər salmaq lazımdır. Bunun üçün müasir texnologiyalardan istifadə edərək tez yığılan evləri montaj etmək lazımdır. Onlar kubikdən fərqli olaraq daha sağlam və ekolojidir. Həm də qısa zamanda qurulur və ya eyni qiymətə, yaxud ucuz başa gəlir (Çünki, tikinti müddətinin uzanamsı xərci artırır). Həm də daha gözəl dizayna malikdir. Yaxşı planlama edib, Qarabağ və ətraf rayonları dünyanın ən müasir və ekoloji ərazisi etmək olar.

Bakıda inşa olunan «Ağ şəhər» buna nümunədir. Artıq köhnə metodla «kubikdən» kvadrat, primitiv evlərin tikilməsindən uzaqlaşmaq lazımdır. Elə bir rayon yaratmaq lazımdır ki, hər kəs orada yaşamaq istəsin.

Şosselər kənd, qəsəbə və şəhərlərin içindən deyil, kənarından keçsin. Oranı iqtisadi azad ekonomik zona elan edib, xarici investisiyalar cəlb edilsin.

Gələcəyi belə görürəm. Onda erməniləri də ürəyi partlayacaq. #KarabakhisAzerbaijan

P.S. Kubik adlanan əhəng daşının istehsalı ekolojiyaya böyük zərbə vurur. Bunu hələ da anlamırlar. Sonra da çox xəstələrin olmasından şikayət edirik.