Рубрики
Наблюдения

Azərbaycanlı Nyu Yorkda

Ogün Nyu Yorkda maşınla gedirik, mən də sükan arxasında. NY-NJ Tunelinə girişdə bir balaca sıxlıqdır. Arxada dayanan maşının sürücüsü siqnal verməyə başladı. Yanımda oturan azərbaycanlıya deyirəm ki, «deyəsən bu da bizimkilərdəndir».

Sonra sağdan keçdi. Sol əlini çıxarıb, aşağı sallamağa başladı, Bakıdakı kimi. Amerikanlarda belə hərəkət olmur. Onda əmin olduq ki, onu Azərbaycan yetişdirib. Həmçinin sükan arxasında oturuş, hərəkətləri və ən sonu üzündən anlamaq olurdu.

İnsan Azərbaycandan gedə bilər, amma hara gedir getsin, özünü də özü ilə aparır. (Ziqmund Freyd)