Рубрики
Мнение

Özümüzünkülər

7-8 yaşında siqaretin nə olduğunu bilmək istəyirdim. Qonşu oğlanla atışıb, bir paçka Göy-Göl siqareti aldıq və damda gizlətdik. Amma bizi tutdular.

Qonşu oğlanı atası və anası bərk döydü. Mənim atam oturdub, məni siqaretin sağlamlığa fəsadları haqqında uzun söhbət etdi və səhfimi başa saldı. Mən siqaret çəkmirəm və onun əleyhinəyəm, amma qonşuluqda olan o oğlan böyüyəndən sonra çox çəkir.

Bu sözlərimin mənası nədir? Söymək, döymək, cəzalandırmaq asandır. Amma bununla insanı çox pis yola sürükləyirik. Cəmiyyətimizdə biri balaca səhv edəndə az qalırlar ki, linç etsinlər. Düşünmürlər ki, bir insanın həyatını dağıdırlar.

Bu məsələni həm emosional status yazan Nurlanın başına gətirdilər, həm də bayrağı başına bağlayıb təlxəklik edən tələbəyə. Səhv ediblər, amma onlara başa salmaq lazımdır ki, hamıdan üzr istəsin, səhvini anlasın. Digərlərinə də dərs olsun.

Müharibə və Qarabağın azad olunması çox şey gətirdi, amma düzgün tərbiyə hələ edə bilməyib. Hələ də insanlar özlərindən olanı məhv etməkdən ləzzət alırlar. Guya nəsə edirlər.

Məncə, azərbaycanlılar bir də özününküləri qorumaq və tərəfini tutmaq kimi ənənəyə öyrənməlidirlər. #gülbaşımıza