Рубрики
Ресторан

İş sosikada deyil, iş vnimatelni olmaqdadır!

Dünən axşam Özsüt kafesinin 2-ci abyektinin açılışında oldum. Təmtəraqlı dizayn ilə yaradılıb. Hətta mənimlə birlikdə açılışa gedən Avropalı dostum buna diqqət yetirdi. 

Gənclikdəki kafedəm xoşum gəlir və zaman-zaman orada qəhvəaltı edirəm. Oranın daha çox yaşıllıq olması məni cəlb edir.

Bir necə həftə öncə Qəbələyə getmişdik. Oteldə səhər yeməyində bir fincan çay verdilər, 2-cinin pulunu aldılar. Elə onda Özsüt yadıma düşdü. Orada qəhvəaltıda böyük çaynik verirlər, iç ki, içəsən, ozüdə ümumi hesaba daxildir. Həm də çıxanda parkinqin pulunu da verirlər. Xırda şeylərdir, ama bu diqqətdir. «Gəncliyin son gecəsi» filmidə deyildiyi kimi…

Hesab eləsək, 1 böyük çaynikdəki çayın qiyməti qəpikdir, ama müştəriyə, necə deyərlər, ləzzət eyləyir. Görəsən bizim «mütəxəsis» otelyer, restavratorlar nə zaman doğru iş qurmağı bacaracaq? Heç olmasa türklərdən öyrənin!

#Sooora da deyirlər ki, vəziyyət pisdir, müştəri gəlmir.