Рубрики
Встреча

DYP əməkdaşı


Maşınla gəlirdim, gördüm YPX-nin BMW 3-series dayanıb. Maşını saxlayıb, yaxınlaşdım, icazə alıb oturdum yanına. Özümü təqdim etmək istəyəndə, qayıtdı ki, ehtiyac yoxdur, tanıyıram səni. Sən 15 il əvvəl BMW Coupe sürürdün. 

Cavannıx şəkilini göstərdi, tanıdım ki, bizim Autograph.az tədbirlərində bizə dəstək olublar. Xahişimi yerinə yetirib, sonra başladıq maşınlar haqqında söhbət etdik. Hamı da ətrafdan baxırlar ki, bu kimdi belə naqlı maşınnan düşüb oturub onun yanında, gülür, danışır. Gənclik illəri xatırladıq.

Deyirəm ki, çox adam onları söyür, ama onlarla da insan kimi danışanda yaxşı qarşılıq alırsan. Mən Yol hərəkəti qaydalarını pozmamağa çalışıram, ona görə də onlarla problemim yoxdur.

#Nəsə, atalar deyib ki, Like gətir, Like apar! Kəmərləri taxın, qaydalara riayət edin, bir birinizə də hörmət!