Рубрики
Вспомнить все

Paştet

Uşaqlıqdan yeməklərə çox kaprizni yaxınlaşmışam. Hər şeyi yemirdim. 

Dünən axşam Mamagilə qonaq getmişdim. Görürəm paştet gətirdi və dedi ki, ay bala, axır ki, mən deyənə gəlirsən. Uşaqlıqda sənə paştet yedizdirə bilmirdim. İndi facebookda oxuyuram ki, sən paştet xoşlayırsan, dedim axır ki, mən deyənə gəldin. Mən də sənə sürpriz eləməyə qərar verdim. 

Neyniyim?! Xətrinə dəyə bilmədim, məcburən bir az yedim.