Рубрики
Мысли вслух

Sosiallıq

İnstagrama girirsən ki, hamı kefdədir, yeyib-içmək, oynamaq, kef, eyş-işrət. Facebook-a baxırsan ki, yox e, vəziyyət başqadır, hamı şikayət edir ki, yaşamaq mümkün deyil. TikTok-a girəndə anlayırsan ki, niyə vəziyyət belədir. #gülbaşımıza

Рубрики
Мысли вслух

Bəlkə problem almadadır?

Bütün tarix boyu insanlar yenilikləri qəbul etməkdən qorxublar və X əsrdən “dünyanın sonu” gəldiyini düşünüblər. Amma buna baxmayaraq XXI əsrdə yaşayırıq, lakin həlkə də insanlar X əsrdəki kimi düşünür. Hamıya elə gəlir ki, “zaman dəyişib, insanlar daha pis olub”, amma qədim əsərləri oxusaq, görəcəyik ki, heç nə dəyişməyib. Sadəcə, yaş artdıqca, dünyagörüşü dəyişir, çəhrayı eynək […]

Рубрики
Мысли вслух

Qaçışın təbliği

70-ci illərdə ABŞ-də ürək xəstəliyi, diabet və xərcəngdən ölənləri sayı dəhşətli çox olduğu üçün hesablamalar edirlər ki, bu xəstəliklər dövlətə çox baha başa gəlir. Ona görə qərar verilir ki, sağıam həyat tərzi yaratsınlar və qaçışı təbliğ etməyə başlayırlar. Yarışlar düzənlənir, idman geyim istehsalçıları xüsusi qaçış üçün krosovkalar yaradıb, aktiv reklam edirlər. Hətta President Kennedini hər […]

Рубрики
Мысли вслух

Ağ saç

Hamı mənə deyir ki, “Ayy, ağ saçlar sənə çox yaraşır!” Amma bir mən bilirəm ki, o saçların ağarması mənə necə baha başa gəlib, nə qədər problem, stress, depressiya, xəstəlik yaşamışam ki, onlar simpatik sinir sisteminə güclü təsir edərək saçların rənginə cavab verən follikulların kök hücüyrələrinin tükənməsinə səbəb olaraq, saç piqmenti olan melonin istehsalını dayandırıb. #gülbaşımıza […]

Рубрики
Мысли вслух

Xəbəriçi Xədicə

Təhsil Naziri deyir: “Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi […]

Рубрики
Мысли вслух

iSmaylikli mətn

Sosial Şəbəkələrdə tez-tez smayliklələ dolu yazı görürəm. Agah olun ki, smile-lı postu oxuyanda insan beynini çaş-baş qalır, çünki mətni oxuyarkən biz hərf və rəqəmləri görüb sürətlə qavrayırıq. Bəzən isə, yumor olmayan (yumor hissi həmçinin) postlarda 10 min smile görürsən və düşünürsən ki, bu adam niyə öz-özünə gülür axı. Bəlkə nəşəlidir? (Nəşə söünün ilk mənası “Sevinc” […]

Рубрики
Мысли вслух

OQ qərarı

+18 OQ-ın yeni qərarını yenə tənqid edirlər. Bir köhnə anekdot yadıma düşdü. Kənddə bir zırpı oğlan evlənir, amma toy gecəsi nə edəcəyini bilmir. Atasından məsləhət alır. Arasıda deyir ki,— Göbəyindən əlinlə bir qərış ölçüb, soxursan… Toy gecəsi bəy gəlini uzandırır, göbəyindən bir qəriş ölçüb, soxur. Gədənin əli böyük olduğundan bir az smeşeniya gedir. Qız da […]

Рубрики
Мысли вслух

Münasibət

O gün baxıram ki, bir nəfər nənəsi ilə şəklini qoyub, ad gününü təbrik edir. Yazır ki, «nur üzlü nənəm, 99 yaşın mübarək». Şəkilə baxırsan, nənənin üzündən zəhrimar yağır, görsənir ki, neçə nəfərin evini cadularla yıxıb, uşaqlarına zülm edib. #gülbaşımıza Sözüm ondadır ki, çox adam üçün pis olan öz yaxınları üçün müqəddəs ola bilər.

Рубрики
Мысли вслух

Vəsiyyətnamə

Vəsiyətnamədə yazmışam ki, mən öləndən sonra mənimlə selfi çəkdirib, sosial şəbəkədə post yerləşdirən İlk 20 nəfərin hərəsinə 1.000 dollar, hər növbəti 10 nəfərdə -20% endirimlərlə ödəniş olacaq. Ən çox like və comment yığan post sahibinə isə son model iPhone hədiyyə veriləcək. Qırğın düşəcək! #gülbaşımıza Axırıncı 10 nəfər nə qədər pul alacaq?

Рубрики
Мысли вслух

Stabil həyat?

Bir tanışım var, arvadı ilə məktəbdə bir sinifdə oxuyub, ibtidai sinifdə bir-birinə aşiq olub, sonra bir univerdə, bir qrupda oxuyublar. Bitirəndən sonra evləniblər və 3 uşaqları var. Bir yerdə işləyirlər, dincəlirlər, vaxt keçirirlər. Yəqin ki, birlikdə, əl-ələ tutub qocalanda yataqda öləcəklər. Adamlar çox xoşbəxt və stabil həyat yaşayırlar. Həyatlarında başqa adam olmayıb, xəyanət olmayıb, elə […]