Рубрики
Мысли вслух

Qaçışın təbliği

70-ci illərdə ABŞ-də ürək xəstəliyi, diabet və xərcəngdən ölənləri sayı dəhşətli çox olduğu üçün hesablamalar edirlər ki, bu xəstəliklər dövlətə çox baha başa gəlir. Ona görə qərar verilir ki, sağıam həyat tərzi yaratsınlar və qaçışı təbliğ etməyə başlayırlar. Yarışlar düzənlənir, idman geyim istehsalçıları xüsusi qaçış üçün krosovkalar yaradıb, aktiv reklam edirlər. Hətta President Kennedini hər səhər Ağ Ev ətrafında qaçış edərək nümunə olmağa məcbur edirlər. Bu təşviqat işə yaradı və qaçış hələ də ABŞ-da populyardır. Bu da əhalinin sağlamlığına yaxşı təsir etdi.

Nyu York və Vaşinqtonda olarkən, görürdüm ki, soyuğa baxmayaraq, səhər qaçış edənlərin sayı həddindən çoxdur. Bu şəkil NYC Central Parkda dekabrda, şənbə səhər gəzintində olarkən çəkmişdim.

Bizimkilər isə hələ də sosial şəbəkələrdə sağlam həyat tərzi və idman yox, səhər xaş yeməyi təbliğ edridlər ki, əzələlər bərk olacaq… #gülbaşımıza