Рубрики
Мнение

Qısaldılmış ifadələr

Son zamanlarda gördüyümüz hal:
— Sosial şəbəkələrdə uzun postlar oxunmur;
— Uzun videolara baxılmır.

Bu hal məhşur ifadələrdə də öz yerini tapır. Məsələn,

“Həyat qısadır” ifadəsini Sokratın adına yazırlar, halbuki o, «Həyat qısadır, elm əbədidir, şans sabit deyil, təcrübə aldadıcıdır, mühakimə çətindir” deyib. Mənası isə hamının qəbul etdiyi şəkildə deyildir. Hansısa axmaq onu qısaldıb, hamı da əsrlərlə onu təkrar edir. Belə çıxır ki, axmaqlar dahilərdən daha populyardır.

Yaxud,

“Mərhum haqqında ya yaxşı söz deyilir, ya da heşzad”. Bu ifadə isə orijinalda belədir: “Mərhum haqqında ya yaxşı söz deyilir, yaxud heçnə, həqiqətdən başqa.” Çünki, insanlar həqiqətdən qorxurlar, çünki əksəriyyətə sərf eləmir. Həqiqəti isə hərə özünə sərf edən şəkildə görür.

Nə qədər buna bənzər ifadələr var, onları qısaldıldığı üçün mənası dəyişilir, insanlar səhv anlayırlar. Bu da həyat qaydalarının və şüuraltı proqramın səhv işləməsinə səbəb olur. Əlbəttə ki, internet olsa da axtaran yoxdur. Nəyinə lazımdır, şikayət edərək yaşamaq insanlar üçün daha rahatdır. #gülbaşımıza